Xəbər verdiyimiz kimi, işğalçı, separatçı, terrorçu və daşnak əqidəli ermənilər 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılıb Ermənistana birləşmsi tələbi ilə mitinqlərin başlanmasının 30 illiyini qeyd edir.
Əslində 13 fevral 1988-ci il hansısa “azadlıq hərəkatı”nın yox, Azərbaycandan növbəti torpaqqoparma prosesinin başlanğıcı oldu.xa0
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, fevralın 13-də Xankəndində qondarma rejimin təşkilatçılığıyla yubiley mitinqi təşkil olunub. Mitinqdə təxminən 30xa0 min insanın iştirak etdiyi iddia edilir.

Bako Saakyan və digər separatçıların qatıldığı mitinqdə məlum “Miatsum” (“Birlik”) və s. kimi hay-küylü şüarlar səslənsə də, təqdim edilən foto və video-kadrlardan bəlli olur ki, bəzi uşaqlar istisna, böyüklü-kiçikli, qocalı-cavanlı,xa0 kişili-qadınlı əksəriyyətin sifətindən zəhrimar yağır… Tribunada danışanlara qulaq asan yoxdur, “mitinqçilər” öz aralarında söhbət edirlər…

Bunlar sübut edir ki, 1988-ci ilədək azərbaycanlılarla baş-başa, bizlərdən də qat-qat yaxşı və rahat yaşamışxa0 orta və aşağı təbəqədən olan ermənilər indi Azərbaycandan “müstəqil” şəkildəxa0 miskin vəziyyətdə yaşayır vəxa0 xunta rejimi keçmiş səhvlərinə görə peşmançılıq hisləri keçirən bu yoxsul kütləni zorla meydanlara qovur…


Sultan Laçınxa0 xa0xa0





























































































