Özündən 10 yaş kiçik sevgilisini öldürən qadının MƏHKƏMƏSİ BAŞLADI

Hazırda oxunan: Özündən 10 yaş kiçik sevgilisini öldürən qadının MƏHKƏMƏSİ BAŞLADI

212791

Özündən 10 yaş kiçik sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Ruhiyyə Tahirovanın cinayət işi üzrə məhkəməsi başlayıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili Nicat İmanov müvəkkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı vəsatət verib. 

Dövlət ittihamçısı Babaxan Həsənəliyev çıxış edərək işin baxışa verilməsini məhkəməyə təklif edib.

Hakim müşavirə otağına gedib gəldikdən sonra işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib və vəkilin vəsatəti təmin edilməyib. Məhkəmə prosesi oktyabr ayının 7-nə təyin edilib. 

Qeyd edək ki, bu il mayın 30-da səhər saat 9 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birində 38 yaşlı İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, 48 yaşlı Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.


İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Belə ki, onlar sevgili olublar.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin