Əhalinin yarıdan çoxu niyə Abşeron yarımadasında MƏSKUNLAŞIB?

Hazırda oxunan: Əhalinin yarıdan çoxu niyə Abşeron yarımadasında MƏSKUNLAŞIB?

212780

Dövlət Stataistika Komitəsinin məlumatına əsasən ki, ötən il Azərbaycanda əhali tərəfindən 6 milyard 625,8 milyon kVt/saat elektrik enerjisi istehlak edilib.

Rəsmi məlumata görə, istehlak olunan elektrik enerjisinin 43,4%-i və ya 2 milyard  874,2 milyon kVt/saatı Bakı sakinlərinin payına düşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda əhalinin sayı AÇIQLANDI


Bakıdan sonra elektrik enerjisi ən çox aşağıdakı şəhər və rayonlarda istehlak olunub:

Abşeron rayonu – 452,7 milyon kVt/saat;

Sumqayıt şəhəri – 242,8 milyon kVt/saat;

Gəncə şəhəri – 186 milyon kVt/saat;

Şəmkir rayonu – 110,4 milyon kVt/saat;

Bərdə rayonu – 108,6 milyon kVt/saat;

Ağcabədi rayonu – 105,9 milyon kVt/saat;

Lənkəran rayonu – 104 milyon kVt/saat;

Sabirabad rayonu – 103,1 milyon kVt/saat;

Cəlilabad rayonu – 102,4 milyon kVt/saat;

Masallı rayonu – 102 milyon kVt/saat;

Açıqlanan məlumatlardan da göründüyü kimi, əhali tərəfindən istehlak olunan elektrik enerjisinin yarıdan çoxu – 54,4%-i və ya 3 milyard 569,7 milyon kVt/saatı Bakı, Abşeron və Sumqayıtın payına düşüb.

Əhalinin Abşeron yarımadasında toplanmasının müsbət və mənfi tərəfləri

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya bildirib ki, Azərbaycanın bütün iqtisadi fürsətləri – yəni iş yerləri, qazanc mənbələri və sairə Abşeron yarımadasında cəmləşib:

“Bu qədər fürsətlərin bir regiona toplanması da əhalinin kütləvi şəkildə Abşeron yarımadasına axınına səbəb olub. Burada qəribə heç nə yoxdur. Bu mənfi tendensiyanın qarşısını almaq üçün regionlar inkişaf etdirilməlidir. Bölgələrdə inkişaf ləng getdikcə, sosial problemlər qaldıqca, iş yerlərinin və iqtisadi fürsətlərin az olduqca insanlar Bakıya qaçacaq. 

Bu məsələdə sosial infrastruktur da vacib məsələdir. 

Etiraf edək ki, regionlarda təkcə iş yeri yox, həm də mədəni istirahət üçün də yerlər azdır. Yəni kinoteatrlar, kitabxanalar və digər mədəni obyektlər az olduqca insanlar həm də mənəvi ehtiyaclarını ödəmək üçün Bakıya gəlirlər. Bütün bu səbəblərə görə, Bakı və Abşeron daha çox yüklənib. Az qala ölkə əhalisinin yarıdan çoxu Abşeron yarımadasında məskunlaşıb”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin