AYNA iki aydır “BakıKart” tətbiqində yaranan texniki nasazlığı niyə HƏLL edə bilmir? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: AYNA iki aydır “BakıKart” tətbiqində yaranan texniki nasazlığı niyə HƏLL edə bilmir? – Rəsmi AÇIQLAMA

212779

İki aya yaxındır “BakıKart” tətbiqi işləmir. Bir il öncə fəaliyyətə başlayan tətbiqə iki aydır daxil olmaq mümkün deyil. İlk vaxtlarda nasazlığın 2-3 gün ərzində aradan qaldırılacağı deyilsə də, problem hələ də qalmaqdadır. 

Avqust ayının 14-də “BakıKart"ın rəhbəri də dəyişdi. Yəni paytaxtın ictimai nəqliyyatında istifadə olunan "BakıKart"ın operatoru - "K Group" MMC-nin direktoru Orxan Bayramov işdən çıxdı. Lakin rəhbər dəyişikliyi də tətbiqdəki problemi həll etməyib.
 

MÖVZU İLƏ BAĞLI:

“BakıKart” tətbiqi niyə işləmir? – RƏSMİ AÇIQLAMA – FOTO


Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, “BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir:

“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin