Ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd pozucuları ilə silahlı insident nəticəsində həlak olan gizir Qubada dəfn olunub.
Bizim.Media xəbər verir ki, gizir Alimov Fərid Elçin oğlunun nəşi anadan olduğu Quba rayonunun Yeni Güləzi kəndinə gətirilib. Hərbçi kənd qəbiristanlığında torpağa tapşırılıb.
MÖVZU İLƏ BAĞLI:
Sərhəddə öldürülən zabit Tovuzda dəfn edildi - FOTOLAR
Vida mərasimində Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. (APA)
Bizim.Media