Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimlər müşavirəyə gediblər

Hazırda oxunan: Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimlər müşavirəyə gediblər

212479

Sentyabrın 21-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun parlament seçkiləri ilə bağlı keçirilən iclasında hakimlər qərarın elan olunması üçün müşavirəyə gediblər.

Bizim.Media  xəbər verir ki, iclasda iki məruzəçi hakim təyin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Konstitusiya Məhkəməsinin parlament seçkiləri ilə bağlı iclası KEÇİRİLİR


Məruzəçi kimi çıxış edən hakim Rövşən İsmayılov bildirib ki, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumilləşdirərək sentyabrın 1-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin nəticələri barədə 2024-cü il 16 sentyabr tarixli protokol tərtib edib.

Səsvermənin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının protokolu, qərar və ona əlavə olunmuş sənədlər səsvermənin nəticələrinin təsdiq və rəsmən elan edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunub.

Sonra məruzəçi hakim Kamran Şəfiyev çıxış edib. O, parlament seçkiləri ilə bağlı prokurorluq və polis orqanlarına daxil olan şikayətlər barədə məlumat verib.

Daha sonra MSK sədri Məzahir Pənahovun parlament seçkiləri ilə əlaqədar məlumatı dinlənilib.

Məzahir Pənahov, həmçinin Konstitusiya Məhkəməsinin hakimlərinin suallarını cavablandırıb.

Eyni zamanda, iclasda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov ekspert qismində çıxış edib.

Bildirib ki, Bakı Apellasiya Məhkəməsinə seçkilərlə bağlı 22 ərizə daxil olub. Onlardan 16 iş üzrə iddia təmin edilməyib, 4-ü aidiyyəti üzrə baxılması üçün digər apellyasiya məhkəmələrinə göndərilib, 2 iş üzrə iddia isə uyğun sayılmayıb.

Sumqayıt Apelyasiya Məhkəməsinin məktubuna əsasən seçkilərlə bağlı 8 ərizə daxil olub. Bundan əlavə, Gəncə Apellyasiya Məhkəməsinə 1, Şirvan Apellyasiya Məhkəməsinə 10, Şəki Apellyasiya Məhkəməsinə 5, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə 1, Ali Məhkəməyə isə 11 ərizə daxil olub.

İclasda, həmçinin Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla Fərid Əhmədovun çıxışı dinlənilib.

Məhkəmə araşdırması başa çatdıqdan sonra hakimlər müşavirəyə gediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin