Həyat yoldaşının narsist olduğunu ANLAMAYANLAR – Hansı travmalar ALIRLAR?

Hazırda oxunan: Həyat yoldaşının narsist olduğunu ANLAMAYANLAR – Hansı travmalar ALIRLAR?

212366

Son dönəmlər “narsist” ifadəsinə tez-tez rast gəlirik. Bu barədə çoxlu kitablar yazılıb, sosial şəbəkələrdə müxtəlif məlumatlar görə bilirik. İndi insanların narsizmə maraqları artıb. Çünki heç kəs belə birinin qurbanına çevrilmək istəmir. Narsisizm daha çox münasibətlərdə özünü göstərir. Bu qısqanclığın və eqoistliyin ən yüksək həddi kimi qiymətləndirilir. 

Narsistlərin qurbanları ciddi travmalar ala bilirlər. Çünki onlar özlərinə aşiq etməyi yaxşı bacarırlar. Belə insanların toruna düşənlərin xilas olması çətin olur. İllərlə evli olsa da, həyat yoldaşının narsist olduğunu anlamayanlar var. Çünki necə deyərlər, sevginin gözü kordur. 

Bəs hansı göstəricilər həyat yoldaşınızın narsist olduğunu bildirir?

Bizim.Media narsistlərin xüsusiyyətlərini sizə təqdim edir. 

1.Həyat yoldaşınız narsistdirsə, münasibətə bağlı hiss etməyə bilərsiniz. Ümumiyyətlə, bu xarakterli insanlar ilə gələcək planları qurmaq, birlikdə qərar vermək və xəyal etdiyiniz həyat üçün nəyəsə can atmaq çətindir. Narsistlər adətən özləri ilə maraqlandıqları üçün çox öyünürlər və nadir hallarda həyat yoldaşlarına diqqət yetirirlər. Onların xoşbəxtliyi tamamilə işdəki və puldakı nüfuzlarından asılıdır.

2. Münasibətiniz boyu həyat yoldaşınızın istədiklərini etməsəniz və ya istədiklərini verməsəniz yaxşı şeylərin olmayacağını hiss edə bilərsiniz. Münasibətlər daxilində sizi incə şəkildə təhdid etdiklərini başa düşürsünüz. Buna görə də razılaşmadığınız və ya istəmədiyiniz vəziyyətlərdə belə, sırf mübahisənin qarşısını almaq üçün onların istədiklərini edirsiniz. Bu, narsistlərin istədiklərini əldə etmək üçün insanları manipulyasiya etmə yollarından biridir.
 

3. Həyatınızda çox şeyə nail olsanız da, yenə də qeyri-kafilik hissləri yaşaya bilərsiniz. Çünki partnyorunuz sizi daim alçaltmağa və ya münasibətinizdə etdiyiniz şeylər haqqında mənfi şərhlər verməyə meyllidir. 


4. Narsistlə söhbət etmək çətin ola bilər, çünki başqalarının duyğularını idarə etmək onlara həddindən artıq məmnunluq verir. Onunla söhbət edərkən özünüzü ağıl oyunları oynadığınız kimi hiss edə bilərsiniz.

5. Narsistlər səhv bir iş görsələr belə, hər şeydə başqasının günahı olduğunu düşünürlər. O sizdən üzr istəməz, çünki digər insanları özlərinə bərabər görmürlər. Onlar öz hərəkətlərinə görə məsuliyyət daşımırlar və həmişə başqalarını günahlandırırlar. 

6. Əgər belə bir həyat yoldaşı ilə evlisinizsə, həyat yoldaşınızın əhval-ruhiyyəsinin nə vaxt yaxşı olacağını təxmin etmək çətindir. Yumurta qabığı üzərində gəzdiyinizi hiss edə bilərsiniz. Bir an partnyorunuz üçün hər şey yaxşı görünür, növbəti an onu pis hiss etdirən bir şey baş verə bilər və o, əsəbiləşə bilər.

Çox güman ki, belə bir münasibətdə özünüzü qurban verə bilərsiniz. Çünki bir müddət sonra həyat yoldaşınızı xoşbəxt etmək üçün hər şeyi etdiyinizi görəcəksiniz.

7. Kənardan baxanda hər kəs həyat yoldaşınızı cazibədar və mükəmməl bir həyat yoldaşı olaraq görə bilər. Bunun səbəbi, narsistlərin ictimaiyyətdə əsl simasını göstərməməsidir. 

8. Narsist davamlı olaraq həyat yoldaşını tənqid edə bilər və davamlı olaraq yoldaşının çəkisi, geyimi və saç düzümü ilə bağlı şərhlər verir. Bütün bunları partnyorunun qarşısında və ya arxasınca, onu alçaldacaq şəkildə ələ salaraq edə bilər.

9. Narsist həyat yoldaşı daha çox öz ehtiyaclarını düşünür. Bir hadisə baş verəndə bu təcrübədən necə təsirləndiklərini düşünür, həyat yoldaşı və ya övladlarını düşünmürlər. Həyat yoldaşına deyil, yalnız özlərinə fayda verəcək işlər görürlər.
 

10. Narsist adətən insanların saqqızını rahatlıqla oğurlaya bilir və davranışları ilə cazibədar olurlar. Buna görə, həyat yoldaşınızın sadiq olub-olmadığına əmin ola bilməzsiniz.


11. Münasibətin ilk mərhələsində sizi dünyanın ən gözəl insanı kimi hiss etdirə bilər. Ancaq münasibətinizin gedişatında və bəzi problemlər yaranmağa başladıqda partnyorunuz sizi dəyərsizləşdirməyə və sizi görməzliyə vurmağa başlayır. Bu da sübut edir ki, onlar ilk olaraq özlərini iddia etdikləri şəxs deyillər. Sizi özünə bağlı saxlamaq üçün əvvəllər çox sevgi ilə yanaşsa da, evləndikdən sonra vəziyyət fərqli olur.

12. Sizinlə münasibətində özünü pis hiss edən narsist həyat yoldaşı susaraq sizi idarə etməyə çalışa bilər. O, sənin varlığına məhəl qoymur və özünü yenidən yaxşı hiss edənə qədər sevgisini saxlayır. Bunu adətən özləri faydalana bildikdə edirlər.

13. Onlar söz verdikdə, əmin ola bilməzsən ki, onlar bu vədə əməl edəcəklər, ya yox... Narsistlər vədlər vermək və sonra onları yerinə yetirmələri ilə məşhurdurlar. Bir narsistlə evli olduğunuz zaman güvənəcəyiniz bir tərəfdaşınız olduğunu hiss etməyə bilərsiniz və özünüzü hər şeyi etmək məcburiyyətində tapa bilərsiniz.

14. Narsistlər dəyişməyə razı deyillər. Çünki belə bir istək səhv etdiklərini etiraf etmək mənasına gəlir və heç bir narsist bunu qəbul etməz. Ancaq bəzi narsistlər qürurla narsist olduqlarını etiraf edir və dəyişməyə ehtiyacı olanların başqalarının olduğunu deyirlər.

Əgər həyat yoldaşınız davranışını dəyişmək istəmirsə, bu sizin narsistlə evli olduğunuza işarə ola bilər.

15. Narsist həyat yoldaşınız doğru bildiyiniz hər şeyi davamlı olaraq inkar edə bilər. O, sizi bu şəkildə etdiyiniz və ya dediyiniz bir şeyi etmədiyinizə və ya demədiyinizə inandırmağa çalışa bilər. Tərəfdaşınız davranışınız haqqında yalan danışa və faktları təhrif etməyə çalışa bilər. Narsistlərin öhdəsindən gəlmək çox çətindir. Ona görə də, psixoloqlar bu cür xüsusiyyətlərə malik insanlardan uzaq durmağı tövsiyə edirlər. Əks halda siz də narsistin qurbanına çevrilə bilərsiniz. 

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin