Moskva-Bakı təyyarəsində nasazlıq yarandı

Hazırda oxunan: Moskva-Bakı təyyarəsində nasazlıq yarandı

212253
“Texniki nasazlıq ilə əlaqədar olaraq, Azərbaycan Hava Yollarının J2-808 Moskva (VKO) - Bakı (GYD) reysi yubanır”.

AZAL-dan verilən xəbərə görə, texniki nasazlıq uçuşdan sonra aşkar edilib və bununla əlaqədar olaraq hava gəmisinin komandiri "Vnukovo" hava limanına qayıtmaq barədə qərar qəbul edib.

“Bu reysin sərnişinləri Bakıya daha tutumlu təyyarə ilə yerinə yetiriləcək bugünkü J2-809 reysi ilə göndəriləcək. Planlaşdırılmış uçuş vaxtı Bakı vaxtı ilə saat 16:30, Vnukovo aeroportuna eniş isə yerli vaxtla saat 18:40-dır. Qeyd edək ki, lazım gələrsə, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinlərinin bütün lazımi ehtiyacları təmin olunacaq,” – deyə məlumatda qeyd olunub.(apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin