Yeni təmirdən çıxan Xəqani bağında axşamlar işıq lampaları niyə SÖNDÜRÜLÜR? - VİDEO

Hazırda oxunan: Yeni təmirdən çıxan Xəqani bağında axşamlar işıq lampaları niyə SÖNDÜRÜLÜR? - VİDEO

212210

Xəbər verildiyi kimi sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağının açılışı olub.  Bağın mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib.

Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində işıqlandırma işləri görülsə də, axşam saatlarında kimi işıq lampaları söndürülür. 
 

MÖVZU İLƏ BAĞLI:

“Xəqani” bağı abadlaşdırmadan sonra belə olacaq – FOTO 


Belə bir hadisə sentyabrın 17-si axşam təxminən 19:30 radələrində Bizim.Media əməkdaşı tərəfindən müşahidə edilib. Belə ki, Xəqani bağının mərkəzindəki işıq dirəklərinin hamısındakı lampalar sönülü vəziyyətdə olub. Bu vəziyyət isə parka istirahət üçün gələn vətəndaşların ciddi etirazına səbəb olub. Xüsusilə azyaşlıların valideynləri qaranlıqda övladlarının atraksionlardan istifadəsi zamanı yıxıla və ya digər başqa təhlükələrlə üz-üzə qala biləcəyindən narahatlıq keçiriblər. 

Maraqlıdır, təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı yeni olan parkın işıqlandırılmasındakı problem nədən qaynaqlanır? 

Məsələ ilə bağlı  Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, bağın təmiri zamanı döşəmənin örtüyü dəyişdirilən zaman yüngül qəza və qısaqapanma olub: 

“Təmir vaxtı həmin lampalar söndü və bu vəziyyət bir neçə saat davam etdi. Yəni hər gün axşam saat 19:00-dan səhər saat 5-ə qədər sözügedən ərazidə işıqlar yanır. Hətta bunu özünüz də yoxlaya bilərsiniz. Bir sözlə problem çox qısa zaman çərçivəsində davam edib və aradan qaldırılıb”, - deyə qurum rəsmisi bildirib. 

Qeyd edək ki, "Xaqani" bağı bu il mayın 12-dən təmirə bağlanmışdı.

 Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin