Qarabağda yarımçıq qalan həyat hekayələri tamamlanaraq artıq yeni forma və məzmunla yazılmağa davam edir. Ağrılı qəlbləri nəcib əməllərlə döyünən Qarabağ sakinləri öz doğma yurdlarına qayıdırlar. Xankəndi sakini Xatirə Vəliyeva kimi.
Bizim.Media xəbər verir ki, Xatirə xanım doğmaları ilə birlikdə ayrıldığı Xankəndidən ana yurduna onlarsız geri dönüb.
"Antiterror tədbirlərindən sonra Xankəndiyə ilk mən getdim. Düşünürdüm ki, evimizə gəlmişəm, amma doğmalarım, uşaqlığımı birlikdə keçirdiyim əzizlərim artıq həyatda yoxdur. Çox ağır bir hiss idi", - deyə o söyləyib.
X.Vəliyeva ermənilərin şəhəri ekoloji terrora məruz qoyduqlarını, onun görüntüsünü pozduqlarını vurğulayıb:
"Şükür ki, sonradan yamaq kimi inşa edilən tikililər artıq sökülür və şəhərin əvvəlki görüntüsü qaytarılır".
Daha ətraflı Baku TV-nin süjetində:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:44 / 19.09.2024
Xankəndidə sonradan yamaq kimi inşa edilən tikililər artıq sökülür - VİDEO
Hazırda oxunan: Xankəndidə sonradan yamaq kimi inşa edilən tikililər artıq sökülür - VİDEO
Hazırda oxunan: Xankəndidə sonradan yamaq kimi inşa edilən tikililər artıq sökülür - VİDEO
212208
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.