"20 Yanvar" metrostansiyasının yeraltı keçidində ticarət köşklərində fəaliyyət göstərən sahibkarlar yenidən Prezident İlham Əliyevə müraciət ediblər.
Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, sahibkarlar eyni zamanda Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevaya və Baş nazir Əli Əsədova da müraciət etmək məcburiyyətində qalıblar.
Müraciətdə qeyd olunur ki, 30 avqust 2024-cü il tarixdən "20 Yanvar" dairəsi ərazisində yerləşən yeraltı keçiddə 26 il fəaliyyət göstərən "Klassik-Aİ" MMM-in ticarət fəaliyyəti Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən dayandırılmışdır:
“Bununla bağlı fəaliyyətin bərpa olunması üçün müvafiq qurumlara müraciət etsək də, bu günə qədər heç bir qurumdan işin hansı səbəbdən dayandırılması barədə nə rəsmi sənəd, nə də ki, məlumat ala bilməmişik. Orada fəaliyyət göstərən sahibkarlara mövsümlə əlaqədar olaraq nisyə aldıqları malları sata bilmədiklərinə görə külli miqdarda maddi ziyan dəymişdir.
Müəssisəmizin fəaliyyətinin bərpa olunması ilə əlaqədar aidiyyati üzrə bir sıra hökumət qurumlarına müraciət etsək də, heç bir müsbət cavab ala bilməmişik. Fəaliyyətimizi bərpa etmək istədikdə isə polis orqanlarının müqaviməti ilə rastlaşırıq.
Bildiyimiz kimi, COP29-la bağlı şəhərdə yenidənqurma və abadlıq işlərinə rəhbərlik AR Prezident Administrasiyasının rəhbərliyi və AR Baş Nazirin birinci müavini tərəfindən edilir. Onlara isə həmin ərazidən keçən bir mütəxəssis (arxitektor, memar) tərəfindən hansısa bir formada etiraz məktubunun göndərildiyi deyilir. Artıq 26 il fəaliyyət göstərən ticarət köşkləri barədə niyə məhz indi belə bir etiraz məktubunun göndərilməsini başa düşə bilmədik. Dəfələrlə müraciət etmişik ki, əgər hər hansı nöqsanlar varsa, onları aradan qaldıra bilərik”.
Mürcaiətin sonunda sahibkarlar diqqətə çatdırıblar ki, bütün bunlar sahibkarlarlıq fəaliyyətinə böyük bir zərbədir:
“Möhtərəm cənab Prezident! Bu sahədə uzun illər fəaliyyət göstərən həm şirkət rəhbərliyi, həm də sahibkarlar Ulu Öndər Heydər Əliyevin və onun davamçısı olan Sizin kursunuzu həmişə dəstəkləmişlər və sona qədər də dəstəkləyəcəklər. Sahibkarların fəaliyyətinə süni maneələr yaradanların məqsədi ölkədə qanunun, hüququn hökm sürməsini deyil, onların söz sahibi olması fikrini yaratmaqdır. Odur ki, Sizdən aidiyyəti qurumlara bizə köməklik etmələri üçün göstəriş verməyinizi xahiş edirik”, - deyə müraciətdə vurğulanır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:50 / 19.09.2024
"20 Yanvar" yeraltı keçidində çalışan sahibkarlardan ölkə rəhbərliyinə yeni MÜRACİƏT
Hazırda oxunan: "20 Yanvar" yeraltı keçidində çalışan sahibkarlardan ölkə rəhbərliyinə yeni MÜRACİƏT
Hazırda oxunan: "20 Yanvar" yeraltı keçidində çalışan sahibkarlardan ölkə rəhbərliyinə yeni MÜRACİƏT
212193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.