Bu gün Cəmşid Naxçıvanski adına Hərbi liseydə aprel döyüşlərində şəhid olmuş leytenant Əbu Bəkir İsmayılova həsr olunmuşxa0 "Hay ver mənə, cənab leytenant" adlı kitabın təqdimatı keçirilib.xa0

Təqdimatda lisey rəisinin şəxsi heyətlə iş üzrə müavini polkovnik - leytenant Kamran Nəsibovunxa0 rəhbərliyi ilə kitabın müəllifi Yaqut Baharqızı, Şəhidimizin ansı, qardaşı, yaxın qohumları, Qarabağ qazisi Hüseyn Həsənov, Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova və bir çox ictimaiyyət nümayəndələri iştirak edib.xa0xa0



Bu liseyin məzunu olan Əbu Bəkirin müəlliminin kövrək xatirələri, şəhidimizin anasının, dayısının çıxışları hər kəsi kövrəltdi. Şəhid anası səhnədə üçrəngli bayrağımızı bağrına basıb zaldakı kursantlara ana tövsiyyəsi verdi:


"Nə qədər ağır olsa da fəxr edirəm ki, belə oğul böyütmüşəm. Əbu Bəkir uşaqlıqdan Qarabağ sevgisiylə alışıb yanırdı. Dünyada ən çox üç nəfəri - ana can səni, vətənimi..(..utanırdı deməyə yeddi ay evli olduğu sevib-seçdiyi xanımını demək istəsə də dilinə gətirməyə utanırdı) bir də...sevirəm....deyərdi..."xa0xa0

Tədbirdə çıxış edən Jalə Cəfərova da kursantlara müraciət edərək "Baxın, əziz balalarımız, vətənin igid balaları, bir öyüdümü qulağınızda sırğa edin. Vaxtında bizə "erməni düşmənimizdir" demədilər. Ancaq erməni ailəsində dünyaya gələn uşağın qulağına həmən "türk sənin düşmənindir" deyiblər.xa0 Odur ki, kimlərsə erməniylə necə dost olmuşuqsa bundan sonra da çalışıb bu dostluğu bərpa etməliyik deyənlərə qulaq asmayın. Belələrinin qanında türk qanı yoxdu deməli. Ermənidən dost olmayıb, olmayacaq". J. Cəfərova çıxışının sonunda tədbirin keçirilməsində liseyin dil-ədəbiyyat müəllimi Gülsəda Amanın zəhmətini qeyd etdi və ona minnətdarlığını bildirdi.xa0

Sonda tanınmış jurnalist Eldost Bayram da kitabdan bəzi fraqmentləri oxudu. Tədbir çay süfrəsi ətrafinda yekunlaşdı.


























































































