Kişi paltar yumağa görə bacısının burnunu SINDIRDI

Hazırda oxunan: Kişi paltar yumağa görə bacısının burnunu SINDIRDI

212123

Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Uğur Babaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. 

İttihama görə, hadisə Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb. 

Belə ki, Uğur Babaşov boşanmış, onlarla evdə birgə yaşayan bacısı, zərərçəkmiş Məlahət Babaşova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının öz çirkli paltarlarını qardaşının paltarları ilə birgə yuması olub. Uğur da buna etiraz edib.

Nəticədə təqsirləndirilən şəxs qadının sifətinə bir dəfə yumruqla vuraraq ona burun sümüyünün natamam sınığı ilə müşayiət olunan yüngül zərərvurmaya aid bədən xəsarəti yetirib. 

Hadisədən sonra Məlahət Babaşova polisə müraciət edib və qardaşı Uğur cinayət məsuliyyətinə cəlb edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin