Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunu gəzdilər - VİDEO

Hazırda oxunan: Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunu gəzdilər - VİDEO

212038

Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşeləri bu gün Kəlbəcərə səfər çərçivəsində “İstisu” mineral su zavodunda olub.

Bizim.Media xəbər verir ki, qonaqlar müəssisə ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.

Diplomatlara məlumat verilib ki, “İstisu” mineral su zavodu uzun illər Kəlbəcərin keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyu 30 illik müddətdən sonra yenidən istehsal etməyə başlayıb.

Bildirilib ki, Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına ilk dəfə 1976-cı ildə başlanılıb. Lakin torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində istehsal dayanıb.

Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb.

Zavodun açılışı bu il sentyabrın 2-də baş tutub. Açılışda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib.

Qonaqlara zavodda istehsalı olunan “İstisu” mineral suyu barədə ətraflı məlumat verilib. Diplomatlar zavodu gəzib, istehsal prosesi ilə tanış olub, suyun dadına baxıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin