İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə İTTİHAM OLUNUR

Hazırda oxunan: İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə İTTİHAM OLUNUR

212036

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum olub.

Bizim.Mediaqafqazinfo.az”a istinadən xəbər verir ki, İlqar Mustafayev iki il ərzində bulvar büdcəsində olan 2 milyon manatdan artıq pul vəsaitini tamah niyyəti ilə mənimsəməkdə ittiham olunur.
 

MÖVZU İLƏ BAĞLI:

İlqar Mustafayev HƏBS EDİLDİ


Hesablama Palatası bir müddət əvvəl həmin idarədə 4 milyon manatdan çox kənarlaşma halının olduğunu elan etmişdi.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı geniş istintaqla isə ziyanın 2 milyondan bir qədər çox olması təsdiqini tapıb.

İstintaq orqanı ziyanın böyüklüyünü və digər əsasları nəzərə alaraq sabiq idarə rəisinin həbsini tələb edib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İ.Mustafayev haqda 3 ay 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onun ittiham edildiyi 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinin sanksiyasında 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin