BİZİM TƏQVİM: 18 sentyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 18 sentyabrda baş vermiş tarixi hadisələr

211880

2002-ci ilin 18 sentyabr tarixinde Səngəçal terminalında Türkiyə, Azərbaycan və Gürcüstanın dövlət başçıları Əhməd Necdət Sezər, Heydər Əliyev və Eduard Şevardnadzenin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməli qoyuldu.

2005-ci ilin aprel ayında tikinti işləri yekunlaşdı. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyulun 4-də isə neftlə yüklənmiş ilk tanker yola salındı.

Bəs, sentyabrın 18-də dünyada daha nələr olub?

1. 1048-ci ilin 18 sentyabrında Səlcuqlu və Bizans qoşunları arasında döyüş birincilərin qələbəsi ilə başa çatıb, nəticədə səlcuqlular çoxlu qənimət ələ keçiriblər.

2. 18 sentyabr 1851-ci ildə “Nyu-York Tayms” jurnalın ilk nömrəsi işıq üzü görüb.

3.  18 sentyabr 1923-cü ildə Hindistan Milli Konqresi ingilis müstəmləkəsinə qarşı vətəndaş itaətsizliyi kampaniyasına start verdi.

4.  1923-ci ilin bu günündə Xankəndinin adı dəyişdirililərək, "Stepanakert" adlandırılır. 

5.  18 sentyabr 1934-cü ildə Sovet İttifaqı Millətlər Cəmiyətinə qoşuldu.

6.  18 sentyabr 1956-cı ildə Efesdə 1926-cı ildən bəridir davam edən qazıntılarda dünya şöhrətli Artemis heykəli gün işığına çıxarıldı.

7.  1981-ci ilin 18 sentyabr günü Fransada edam cəzası ləğv olundu.

8.  18 sentyabr 1992-ci ilə Azərbaycan Respublikası Livan ilə diplomatik əlaqələr qurmuşdur.

9.  18 sentyabr 1994-ci ildə Bakıda böyük dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazinin xatirə muzeyi açılıb. Mərasimdə Prezident Heydər Əliyev iştirak edib.

10. 18 sentyabr 1997-ci ildə 89 ölkə quruda yerləşdirilmiş minaların qadağan olunmasına dair razılaşmanı təsdiq etdi. ABŞ sənədi imzalamağı rədd etdi.

11. 2000-ci ilin 18 sentyabrında İsrail hökuməti Fələstin ilə davam etdirdiyi sülh danışıqlarını dayandırdı.

12. 2005-ci ilin 18 sentyabr günü Əfqanıstanda 36 ildən sonra parlament seçkiləri keçirildi.

13. 18 sentyabr 2013-cü ildə Qubada Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi açılıb.

Sentyabrın 18-də bu şəxsiyyətlər xatırlanır:

1.  1885-ci ilin bu günündə bəstəkar, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyli dünyaya gəlib(1885-1948). Ü.Hacıbəyli Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman Şərqində ilk operanın müəllifidir ("Leyli və Məcnun", 1908).

1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası isə (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Ü.Hacıbəyli yaradıcılığının zirvəsini təşkil edir.

O müxtəlif imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib. 1995-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olduğu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

2.  18 sentyabr 1885-ci ildə Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri, məşhur bəstəkar Müslüm Maqomayev anadan olub (1885-1937). 

3.  1988-ci ilin bu günündə daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan şairi Seyid Məhəmmədhüseyin Behcəti Təbrizi (Məhəmmədhüseyn Şəhriyar) vəfat edib (1906-1988). Şeirlərini Azərbaycan və fars dillərində yazıb. M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz "Heydər babaya salam" poeması olub.

4.  18 sentyabr 1905-ci ildə dünya şöhrətli İsveç və Amerika kinoaktrisası, fəxri “Oskar” laureatı Qreta Qarbo (1905-1990) anadan olub. Filmləri: “Qrand-hotel”, “Mata Xari”, “Anna Karenina” və s.

5.  18 sentyabr 1908-ci ildə Əməkdar mədəniyyət işçisi Məmməd Əmirov (1908-1986) doğulub. O, Füzuli və Ağdam teatrlarında aktyor, direktor işləyib.

6.  18 sentyabr 1978-ci ildə görkəmli aktyor, rejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Adil  İsgəndərov (5.5.1910 – 1978) vəfat edib. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib.

7.  18 sentyabr 2022-ci ildə Əməkdar mədəniyyət işçisi, teatrşünas, publisist Atababa Hacıbabayev (22.9.1947 – 2022) vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin