Bakıda tikilən bir aşırımlı piyada körpüsündə işlər nə yerdədir? - AÇIQLAMA

Hazırda oxunan: Bakıda tikilən bir aşırımlı piyada körpüsündə işlər nə yerdədir? - AÇIQLAMA

211877

"Bakı Ağ Şəhər" yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində 8 Noyabr prospekti üzərindən Bakı "Ağ Şəhər" layihəsinin Fəvvarələr meydanı parkını və Dənizkənarı Milli Parkı birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsündə işlər davam edir.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, hazırda körpünün aşırım hissəsi qurulur.

Qeyd edək ki, piyada körpüsünün uzunluğu 230 metr olmaqla bir aşırımlı layihələndirilib. Piyada körpüsü metal tir aşırım qurğusundan ibarətdir və 1 ədəd pilon dayaqdan vantlar vasitəsilə "asılacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin