Qohumlarının onminlərlə manatını alıb "TikTok"da xərclədi

Hazırda oxunan: Qohumlarının onminlərlə manatını alıb "TikTok"da xərclədi

211846

Məşhur sahibkar qardaşların biznes pullarını "TikTok"a xərcləyən qohumları ilə bağlı məhkəmə qərar verib.

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, 1996-cı ildə Cəlilabad rayonunun Məmmədrzalı kəndində doğulmuş Fəxri Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Məlum olub ki, Fəxri Məmmədov xalası oğlu olan sahibkar Ehtiqad Qardaşovun təsisçisi olduğu "Agro EM" MMC şirkətinin 164 min manatını mənimsəyib.

Təqsirləndirilən şəxs Azərbaycanda taxıl satışı ilə məşğul olan şirkətdə çalışıb. O, qohumluq əlaqələrindən istifadə edərək şirkətin 164 040 manat pulunu hissə-hissə "MilliÖn" aparatı vasitəsi ilə "TikTok" sosial şəbəkəsində istifadə edilən jeton almaq üçün istifadə edib.

Məmmədov "TikTok"da canlı yayım edən istifadəçilərin yayımlarına baxıb, xoşuna gələn istifadəçilərə bir ədədinin qiyməti 650 manat olan "şir" jetonu göndərib. 9-20 iyun 2023-cü il tarixləri aralığında zərərçəkmiş şəxsə çatdırmaq üçün müxtəlif şəxslərdən qəbul etdiyi ümumilikdə 164 040 manat məbləğində pulun demək olar ki, hamısını bu üsulla, yəni "TikTok" canlı yayımlarında müxtəlif istifadəçilərə bahalı hədiyyələr göndərməklə xərcləyib.

Təqsirləndirilən şəxs ifadəsində deyib ki, hədiyyə göndərmək istifadəçinin nüfuzunu artırdığından və bu ona maraqlı gəldiyindən, eləcə də başqalarının gözündə imkanlı biri kimi görünmək hissi xoş olduğundan, həm də yeni tanışlıqlara nail olmaq üçün təxminən 2023-cü ilin mart-aprel ayından profilinin balansına öz vəsaiti hesabına xırda məbləğlərdə pul əlavə edib, sonradan müxtəlif şəxslərə hədiyyələr göndərməyə başlayıb.

Kiçik məbləğli hədiyyələr elə də diqqət çəkmədiyindən bahalı hədiyyələr göndərib, nüfuzunu artırmaq arzusuna düşüb. Maddi imkanı 650 manat olan bahalı hədiyyə göndərməyə çatmadığı üçün müxtəlif şəxslərdən aldığı və xalası oğluna çatmalı olan pulları profilinin balansına köçürürək, bahalı hədiyyələr göndərib.

Ehtiqad Qardaşov məhkəmədə təqsirləndirilən şəxsi bağışladığını və ona dəyən zərərin Fəxrinin valideynləri tərəfindən ödənildiyini bildirib. Məhkəmənin qərarı ilə Fəxri Məmmədov 5 il 6 il müddətə şərti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin