Rüşvətə görə məhkum edilmiş gömrükçülər BƏRAƏT ALDI

Hazırda oxunan: Rüşvətə görə məhkum edilmiş gömrükçülər BƏRAƏT ALDI

211809

Rüşvət almaqda təqsirli bilinərək şərti məhkum edilmiş Bakı Baş Gömrük İdarəsinin sabiq əməkdaşları Orxan Zöhrabov və Mirağa Ağayevin işi yenidən araşdırılıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, onların işinə bu dəfə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb.

Gömrükçülər 2021-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdilər. İşə ilk dəfə Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqi qiymət verilib. Hökmə əsasən, Mirağa Ağayev günahsız elan edilərək bəraət alıb. Orxan Zöhrabova və onunla birgə ittiham olunan bir neçə keçmiş gömrükçüyə isə şərti cəza verilib. Onlar hamısı 10 ay sonra azadlığa buraxılıb.

Hakim Əli Məmmədovun həmin hökmü isə prokuroru razı salmayıb. Verilmiş apellyasiya protesti ilə M.Ağayevin bəraəti ləğv edilib, şərti cəza verilib. O.Zöhrabov yenə şərti cəza ilə azadlıqda qalsa da, digərləri yenidən həbs edilib.

Amma bu qərar da Mirağa və Orxana münasibətdə Ali Məhkəmədə ləğv edilib. Bu dəfə iş təkrar baxış üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.

Bir ilə yaxın davam edən yeni məhkəmə istintaqı ötən gün başa çatıb. Məhəmmədəli Rzayevin sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, Mirağa Ağayevin birinci instansiyadakı hökmü əsaslı olub. Bundan əlavə, Orxan Zöhrabov da ittihama münasibətdə təqsirsizdir. Qərara əsasən, onların hər ikisinə bəraət verilib. Həmçinin təzminat üçün müraciət etmək hüquqları izah edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin