Gənc əsgərlər and içdi

Hazırda oxunan: Gənc əsgərlər and içdi

21176

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən Bizim.Media-ya Gənc verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını çatdırmışdır.

Çıxışda gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyəti sırasına daxil olduqları dövrün Azər­baycan Sərhəd Mühafizəsi tarixinin şərəfli dövrünə təsa­düf etdiyi vurğulanmış, Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, Vətən Müharibəsinin Azərbay­can Respublikası­nın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı, işğaldan azad edilmiş dövlət sər­həd­lərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin davam etdirilməsi bildirilmişdir.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əminlik bildirilərək onlara müvəffəqiyyətlər arzulan­mışdır.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin