Karantin qaydasını pozan qazi Fəxrəddin Əli cərimələndiyindən şikayətlənib.
Bu barədə qazi “Facebook” hesabında bildirib. Onun sözlərinə görə maska burnunun üstünü tam örtmədiyinə görə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Səhiyyə Nazirliyinin əməkdaşı Xaliqov Malik Mütəllim oğlu işlədiyi restorana 300 azn cərimə yazıb. Qazi olaraq cərimə yazılmamasını xahiş etsə də, xeyri olmayıb:
“Özünə bildirdim ki, mümkünsə cərimə yazmasın. Döyüşlərdə ağır soyuqdəymə keçirtdiyimi və ciyərlərimin soyqladığını bildirdim. Maska taxmamaq üçün səbəbim də olduğunu dedim, amma bununla belə yazdı. Heç çönüb mən tərəfə baxmadı da...
Rədd olsun o qanun ki, döyüşdə bizim maskasız, ağız-ağıza yatmağımıza göz yumurdu”.
Qazi onlara münasibətin dəyişdiyindən də gileylənib:
“Ürəyim partlayır, Allah haqqı. Adamlar necə bivec, haqq itirən, nankor olar?! Bu gün cərimələnmişəm deyə demirəm, amma neçə vaxtdı yığılmışam. Biz döyüşdə olanda bizə qarşı olan münasibətlə indi olan münasibəti tərəziyə qoysaq, inanın Allaha indiki münasibətin 1 qram da ağırlığı olmaz. Sonra da deyirsiz ki, filan qazi niyə intihar etdi? Belə vecsizlikləri və saymamazlıqları görür, psixoloji sarsıntı keçirir, vəssalam... Yadımdadır ki, polislər bizi hər görəndə hərbi salam verirdilər. O qədər fərəhlənirdik ki.. İndi hansısa polisə, ya məmura deyəndə ki, döyüş iştirakçısıyam o saat cavab verir ki, mənim də xalamoğlu şəhid olub, nə olsun? Qazilərə heç cür güzəştə getmək fikirləri yoxdur”, deyə qazi qeyd edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:35 / 15.05.2021
Cərimələnən qazidən GİLEY - “Maska taxmamaq üçün səbəbim vardı” - FOTO
Hazırda oxunan: Cərimələnən qazidən GİLEY - “Maska taxmamaq üçün səbəbim vardı” - FOTO
Hazırda oxunan: Cərimələnən qazidən GİLEY - “Maska taxmamaq üçün səbəbim vardı” - FOTO
21173
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.