Ötən il şəhər kitabxanalarının sayı artıb, kənd kitabxanalarının sayı isə azalıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin məlumatında öz əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda kitabxanaların sayı AZALIB, kitabxanaçılar isə ARTIB - Maraqlı TƏZAD
Komitənin məlumatına görə, 2023-cü ildə ölkədə 2913 kütləvi kitabxana fəaliyyət göstərib.
Onların 411-i şəhər, 2502-si kənd kitabxanalarıdır. 2022-ci ildə şəhər kitabxanalarının sayı 408, kənd kitabxanalarının sayı 2505 olub. Ölkə üzrə ümumi kitabxana sayında isə heç bir dəyişiklik olmayıb.
Qeyd edək ki, kənd kitabxanalarının sayı 2008-ci ildən etibarən azalmaqdadır. Əgər 2008-ci ildə kəndlərdə 3402 kitabxana vardısa, bu il onların sayı 2502-dir. Ölkədə olan 2913 kütləvi kitabxananın 2884-ü Mədəniyyət Nazirliyinə, 29-u digər təşkilatlara tabedir.
Ötən il şəhər kitabxanalarının sayı artsa da işçilərin sayı azalıb. Belə ki, 2022-ci ildə şəhər kitabxanaçılarının sayı 3840, 2023-cü ildə isə 3756 nəfər olub.
2022-ci ildə kənddəki kitabxanaçıların sayı 4312, 2023-cü ildə 4231 nəfərdir. Ötən il ümumilkdə 8152 kitabxanaçı qeydə alınıb.
Günay Şahmar, Bizim.Media