PRoloq İnkişaf Mərkəzi və mərkəzin online PR jurnalı (PRoloq.az) təhsilə 200 000 manat investisiya qoyacaq.xa0
PRoloq-un təşkilatçılığı ilə 17-18 fevral Bakıda keçiriləcək ilk Beynəlxalq PR Yaradıcılığı Forumu çərçivəsində atılacaq bu addım 4 nəfərə dünyanın tanınmış universitetlərindən olan Doğu Akdeniz Universiteti və Girnə Amerikan Universitetində pulsuz PR təhsili almaq imkanı verəcək. Bu fürsət bakalvr, magisturatura və doktorantura təhsili almaq arzusunu reallaşdırmaq istəyənlər üçün keçərlidir.xa0
Bu imkandan faydanlanmaq istəyənlər facebookda #oxutmuramelcekin #dusunenqalmasın haştaqı ilə özünü PR etməli, “Fərqliyin nədir?” yaxud “Niyə sən?” sualına cavab verməlidir. Ən çox marağa və müsbət reaksiya səbəb olan iki nəfər seçilərək 200 000 manatdan yararlanacaq. Digər iki nəfərin təqaüdlə təmin olunması I Beynəlxalq PR Yaradıcılığı Forumu iştirakçıları üçün keçərli olacaq. Belə ki, forumdan ən maraqlı, ən yaradıcı informasiya hazırlayan bir nəfər 200 000 manat investisiyanın parçası olacaq. Bu informasiyalar PRoloq.az-da dərc ediləcək. Ən çox oxunan, ən çox müzakirəyə səbəb olan yazının müəllifi təhsil almaq xəyalını reallaşdıracaq. Növbəti pulsuz təhsil imkanı isə forumu ən yaradıcı PR edən şəxsə veriləcək.
Müsabiqə haqqında ətraflı məlumatla PRoloq.az-ın facebookdakı səhifəsində (fb/proloqaz) tanış olmaq olar.xa0xa0
Xatırladaq ki, forum Beynəlxalq PR Assosiasiyası, Azərbaycan Mətbuat Şurası və Qlobal Karyera İnstitutunun dəstəyi ilə gerçəkləşəcək.
Yerli qurumların və dünyanın aparıcı ictimaiyyətlə əlaqələr agentliklərinin marağına səbəb olan forumda yerli mütəxəssislərlə yanaşı, 14 ölkədən dəvət olunan dünyaca məşhur PR kapitanları da çıxış edəcəklər.
İştirakçılara beynəlxalq sertifikat veriləcək.
Universiteti qazanmaq sizdən, 200 000 manat bizdən
“Fərqliliyin nədir” yaxud “Niyə sən” sualına cavab ver, #oxutmuramelcekin #dusunenqalmasın haştaqları ilə paylaş, fərqlən;
Ən çox marağa və müsbət reaksiyaya səbəb ol;
Ən maraqlı və ən yaradıcı informasiya hazırla, ən çox oxun, müzakirə obyektinə çevril;
I Beynəlxalq PR Yaradıcılığı Forumunu ən yaradıcı PR et
Və... 200 000 manat-ın parçasına çevrilərək dünyanın ən tanınmış universitetlərindən Doğu Akdeniz Universiteti və Girnə Amerikan Universitetində pulsuz PR təhsili al.xa0
Yaş məhdudiyyəti yoxdur.xa0



































































































