COVID-in yeni versiyası dünyada sürətlə yayılır.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, ilk dəfə iyun ayında Almaniyada aşkarlanan COVID XEC variantı sürətlə yayılıb və 15 ölkədə rast gəlinib.
Mütəxəssislər COVID XEC variantının havalar soyuduqca daha da təhlükəli ola biləcəyini proqnozlaşdırırlar.
Məlumata görə, COVID-ə yoluxanların 10 faizində yeni mutasiyaya rast gəlinir. KS.1.1 və KP.3.3 variantlarının qarışığı olan COVID XEC, qrip və soyuqdəymə kimi ümumi xəstəliklərdə müşahidə olunanlara bənzər simptomlara səbəb olur.
Həkimlər qeyd edirlər ki, yeni mutasiyanın əsas əlamətləri yüksək temperatur, öskürmə, dadbilmə və qoxu qabiliyyətinin itməsi, yorğunluqdur.
Xüsusilə Danimarka, Almaniya, Böyük Britaniya və Niderlandda COVID XEC sürətlə yayılır. Vurğulanıb ki, mövcud vaksinlər yeni mutasiyaya qarşı da keçərlidir.
Bizim.Media