Bir neçə gündən sonra Xankəndidə də məktəbin açılışı olacaq.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Bu tədris ilində Cəbrayıl və Kəlbəcər şəhərlərində, eyni zamanda, bir sıra kəndlərimizdə yeni məktəblərimizin açılışı planlaşdırılır. Hər bir məktəb açılışı yüzlərlə ailəyə sevinc bəxş edir", – o, qeyd edib.
Xatırladaq ki, elm və təhsil naziri bu gün Şuşa və Xocalı şəhərlərində ilk dərs günündə iştirak edib.
Bizim.Media