Qazilərə dələduzluq edən şəxs məhkəmə QARŞISINDA: "Vəkil bəraət üçün 50 min TƏKLİF ETDİ"

Hazırda oxunan: Qazilərə dələduzluq edən şəxs məhkəmə QARŞISINDA: "Vəkil bəraət üçün 50 min TƏKLİF ETDİ"

211654

Bakıda 5 nəfərin 186 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən bələdiyyə işçisi olan Məmməd Ağakişiyevin məhkəməsi başlayıb.

Bizim.Media-nın məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilib.

Məhkəmədə təqsirləndirilən şəxsin və zərərçəmişlərin anket məlumatları ilə tanış olunub.

Daha sonra zərərçəkmiş şəxslər Məmməd Atakişiyevə verilən "polis nəzarəti altına vermə" qətimkan tədbirinin "həbs qətimkan tədbiri"nə çevrilməsi üçün məhkəməyə vəsatət təqdim ediblər. Onlar ərizədə qeyd edilər ki, Məmməd Atakişiyevin vəkili onun bəraəti üçün 50 min manat təklif edib. Məhkəmə sübut olmadığı üçün bu iddianı əsassız sayıb.

İclas 23 sentyabr saat 09:00 a təxirə salınıb və şəxsin "polis nəzarəti altına verilmə" qərarı qüvvədə saxlanılıb.

Bu isə qərar qazilərin etirazına səbəb olub. Hakim bildirib ki, işə obyektiv baxılacaq. 
 

Qeyd edək ki, ittiham aktına görə, Məmməd Ağakişiyev 5 nəfərə yolu ilə Nardaran kəndi ərazisində torpaq satıb və onların 186 min manat pulunu alıb. Zərərçəkənlərin 2-si Qarabağ qazisidir. Məmməd Ağakişiyev cinayət işi başlayana kimi Kürdəxanı bələdiyyəsində şöbə müdiri olub.


Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin