Sayı artan burun əməliyyatları ilə bağlı VACİB XƏBƏR – Bu yaşda...

Hazırda oxunan: Sayı artan burun əməliyyatları ilə bağlı VACİB XƏBƏR – Bu yaşda...

211438

Sosial medianın sıx istifadəsindən sonra burun əməliyyatlarının sayı artıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qulaq Burun Boğaz Mütəxəssisi Op. Dr. Ahmet Sacit Özbay, sümük inkişaf yaşı tamamlanmadan edilən əməliyyatlarda burunda deformasiyaların ola biləcəyini açıqlayıb.

“Tənəffüs problemi estetik gözəlliyin kölgəsində qalıb”

Elazığ Medilines Xəstəxanasının Qulaq Burun Boğaz Mütəxəssisi Op. Dr. Ahmet Sacit Özbay son dövrlərdə artan burun əməliyyatları ilə bağlı qiymətləndirmələr edib.

"Xüsusilə sosial mediadan tez-tez istifadə edildikdən sonra bütün dünyada və ölkəmizdə burun əməliyyatlarına həddindən artıq tələbat yaranıb. İnsanların estetik qayğıları günü-gündən artır. Əvvəllər yalnız tənəffüs problemi ilə bağlı müraciətlər olduğu halda, bu gün tənəffüs problemi ilə yanaşı, burun formasına tələbat da artıb. Buna görə də insanlar xəyal etdikləri burunla yaşamaq istədikləri üçün ən erkən yaşda rinoplastika əməliyyatı etdirməyə çalışırlar”.

Sümük inkişafı neçə yaşında tamamlanır?

Mütəxəssis bildirib ki, burada önəmli olan insanın sümük inkişafını tamamlamasıdır. Bu sümük yaşı kişilərdə 17, qadınlarda isə 16 yaşın sonundadır. Nəfəs almada ciddi bir problem varsa, ailənin razılığı ilə burun əməliyyatı bir il önə çəkilə bilər. Bundan başqa, sümük inkişafının tamamlanmasını gözləmək lazımdır.

Arzuolunmaz deformasiyalar

Op. Dr. Özbay bu əməliyyatların qaçınılmaz olaraq burundakı inkişaf nöqtələrinə müdaxilələr olduğunu da ifadə edib.

"Bu müdaxilələr nəticəsində burnun istənilən ölçüyə çatmaması problemləri ilə yanaşı, böyümə nöqtələrinin yerdəyişməsi səbəbindən gələcəkdə burunda əyilmə və arzuolunmaz deformasiyalara səbəb ola bilər. Buna görə də, ən yaxşısı sümük inkişafı və burun skelet quruluşu tamamlandıqdan sonra əməliyyat etməkdir".

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin