Xəbər verdiyimiz kimi, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
Bizim.Media xəbər verir ki, noyabr ayının 11-22 tarixlərində baş tutacaq beynəlxalq tədbirin keçirilməsi Bakının müxtəlif istiqamətlərində planlaşdırılıb.
Əldə etdiyimiz məlumata görə, ölkədə 8 noyabr Zəfər günü, 9 noyabr Bayraq günü kimi qeyd olunacaq.
11 və 12 noyabr qeyri iş günü elan olunacaq. Bununla da şənbə və bazar günü ilə birlikdə 8-9-10-11-12 noyabr günlərində iş olmayacaq.
Ümumilikdə isə istirahət günləri ilə yanaşı noyabr ayında 12 gün iş olmayacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:43 / 14.09.2024
Noyabr ayında 12 gün İŞ OLMAYACAQ
Hazırda oxunan: Noyabr ayında 12 gün İŞ OLMAYACAQ
Hazırda oxunan: Noyabr ayında 12 gün İŞ OLMAYACAQ
211432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.