Mərakeşdə erməni təxribatının qarşısı alınıb - FOTO

Hazırda oxunan: Mərakeşdə erməni təxribatının qarşısı alınıb - FOTO

211424

Mərakeşdə keçirilən beynəlxalq film festivalında erməni təxribatının qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya Mərakeş Krallığındakı Səfirlikən məlumat verilib. Belə ki, 2024-cü ilin 11-15 sentyabr tarixlərində Mərakeşin Agadir şəhərində keçirilən İssni Nurgh Beynəlxalq Amaziq film festivalı (Festival Issni N'ourgh International du Film Amazigh - FİNİFA) çərçivəsində erməni əsilli Katia Spivakova Saakiantsın müəllifi olduğu 11 dəqiqəlik “All I need” filminin 13 sentyabr tarixində nümayişinin planlaşdırılması nəzərdə tutulub.

Festivalın rəsmi səhifələrində və sosial şəbəkələrində yayımlanmış məlumatlarda filmin sujetinin ölkəmizin vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində baş verən hadisələrlə əlaqədar olduğu və Qarabağın Ermənistanın tərkib hissəsi kimi “Artsax” olaraq göstərilməsi məlum olub. Həmçinin filmdə qondarma “erməni soyqırımı”na da istinad edilib.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyi tərəfindən Mərakeşin əlaqədar qurumları, həmçinin film festivalının təşkilatçıları ilə aparılmış iş nəticəsində, təxribat xarakter daşıyan “All I need” filminin festival çərçivəsində nümayişinin ləğv edilməsinə və bununla Mərakeş tamaşaçısında yanlış məlumat formalaşdırmaq istəyən erməni təbliğatının qarşısının alınmasına nail olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin