Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gün sonra kənd yaxınlığındakı dərə yatağında çuvalın içində meyiti tapılan səkkiz yaşlı Narin Güranın istintaqı ilə bağlı həbs edilənlərin sayı artıb.
Bu barədə Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edək ki, daha əvvəl istintaq çərçivəsində Narinin anası Yüksel Güran və qardaşı Enes Güran da daxil olmaqla, 8 nəfər həbs edilmişdi. Daha əvvəl həbs edilən Narinin əmisi Salim Güran və qızın cəsədini gizlədən qonşusu Nevzat Bahtiyar ilə birlikdə iş üzrə həbsdə olanların sayı 10 nəfər təşkil edirdi.
İndi isə Narinin qətli ilə bağlı məhkəmə nəzarəti ilə sərbəst buraxılaraq yenidən nəzarətə alınan 15 yaşlı şübhəli də həbs edilib. Narinin əmisi Salim Güranın işçisi olan R.A. prokurorluqda dindirildikdən sonra bu qərara gəlinib.
Bununla da Narinin qətli ilə bağlı həbsdə olanların sayı 11-ə çatıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:08 / 14.09.2024
Narin Güranın qətli ilə bağlı həbs edilənlərin sayı artdı
Hazırda oxunan: Narin Güranın qətli ilə bağlı həbs edilənlərin sayı artdı
Hazırda oxunan: Narin Güranın qətli ilə bağlı həbs edilənlərin sayı artdı
211418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.