Azərbaycan Qran-prisi: "Formula-1"də sonuncu məşqlər başlayıb

Hazırda oxunan: Azərbaycan Qran-prisi: "Formula-1"də sonuncu məşqlər başlayıb

211416

Bakıda təşkil olunan "Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci günün sessiyalarına start verilib.

Bizim.Media xəbər verir ki, pilotlar üçüncü sərbəst yürüşlər üçün saat 12:30-da boksları tərk ediblər.

"Formula-1" sürücülərinin məşqlərinin ardınca "Formula-2"də sprint (qısa) yarışı keçiriləcək.
Xatırladaq ki, günün sonunda isə dünyanın ən sürətli sürücüləri sıralanma turunda güclərini sınayacaqlar.

Qeyd edək ki, Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin