Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakının Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından daş parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
FHN Bakıda təhlükənin qarşısını aldı
Məlumata görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər daş parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.
Bizim.Media