Şəmkir rayonunda 1994-cü il təvəllüdlü Bəhruz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu həyat yoldaşı Ülviyyəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Bizim.Media demokrat.az-a istinadən, hadisə ötən ilin iyunun 18-də Şəmkir rayonunun kəndlərindən birində baş verib.
Bəhruz həmin gün gecə saat 1 radələrində qeyri-rəsmi münasibətdə olmaqla faktiki ər-arvad kimi yaşayan Ülviyyə arasında yaşadıqları evdə qısqanclıq zəminində, yəni zərərçəkmiş şəxsin yazdığı mesajı ona demədiyinə görə yaranmış mübahisə zamanı əli ilə bir dəfə sifət nahiyəsinə qəsdən vurub.
Hadisəni törədən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Ülviyyə onun arvadıdır: “7 ildir ki, evliyik, birgə nikahımızdan iki azyaşlı uşaqlarımız var. Bir neçə müddətdir ki, aramızda narazılıq var və davam etməkdədir”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, gecə saat 1 radələrində evdə olan zaman Ülviyyəyə yazılan mesajın kimin yazdığını deyə soruşub:
“Ülviyyə and içərək bildirdi ki, heç kim mesaj yazmayıb. Həmin vaxt Ülviyyəyə necə heç kim yazmayıb, “sənə mən başqa nömrə ilə özüm mesaj yazmışam” deyə bildirdim. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı mənə kişi deyilsən dedi. Mən də əsəbləşərək bir təpik zərbəsi ilə onun ayaq hissəsinə, daha sonra isə əlim ilə bir-iki dəfə sifət nahiyəsinə vurdum”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ülviyyənin sözlərinə görə, bir neçə müddətdir aralarında əri Bəhruz ilə narazılıq var və davam etməkdədir:
“Ərim Bəhruzun mənə məxsus olan mobil nömrəmə müxtəlif nömrələrlə mesajlar yazaraq məni yoxladığını, bu səbəbdən tez-tez mübahisələrin yarandığını bildirdi. 18 iyun 2023-cü ildə, gecə saat 1 radələrində Bəhruz yenə mənim digər şəxslərlə telefon vasitəsi ilə danışdığını bildirdi, mənimlə sözlə mübahisə etməyə başladı. Bu zaman yaxınlıqda olan stulu mənə tərəf atdı. Lakin stul mənə dəymədi. Bəhruzun əsəbi keçmədiyi üçün sifət nahiyəmə bir təpik zərbəsi vurdu. Həmin zərbə nəticəsində başım qapıya dəydi. Dava-dalaş zamanı qaynanam bizi araladı”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Bəhruzun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:24 / 13.09.2024
Şəmkirdə ər arvadına intim mesajlar yazdı, sonra isə... — TƏFƏRRÜAT
Hazırda oxunan: Şəmkirdə ər arvadına intim mesajlar yazdı, sonra isə... — TƏFƏRRÜAT
Hazırda oxunan: Şəmkirdə ər arvadına intim mesajlar yazdı, sonra isə... — TƏFƏRRÜAT
211357
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.