Şəkidə iki avtomobil toqquşub, bir nəfər maşında sıxılı vəziyyətdə QALDI

Hazırda oxunan: Şəkidə iki avtomobil toqquşub, bir nəfər maşında sıxılı vəziyyətdə QALDI

211350

Şəkinin eyniadlı Şəki kəndi ərazisində baş verən qəzada üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistralının Şəki kəndinin girişində baş verib. 

Belə ki, 57 yaşlı Eldar Umarovun idarə etdiyi “Ford” markalı 90-SZ-288 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 32 yaşlı Bəxtiyar Rəhimlinin idarə etdiyi "Toyota" markalı 77-MO-427 dövlət qeydiyyat nişanlı minik avtomobilləri toqquşub.

Hadisə şahidləri və qəza yerinin ilkin müayinəsindən sonra məlum olub ki, “Ford” markalı avtomobil hərəkət iştirakçılarını gözləmədən “Toyota”nın qarşısına çıxıb.  Nəticədə sürücü daxil “Toyoto”da olan sərnişinlər müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlardan biri isə maşında sıxılı vəziyyətdə qaldığından hadisə yerinə  Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yaralılar  Təcili Tibbi Yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Hazırda yaralılar müayinə edilir, müalicələr aparılır.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin