BİZİM TƏQVİM: 14 sentyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 14 sentyabrda baş vermiş tarixi hadisələr

211325

14 sentyabr 1991-ci ildə Bakıda Azərbaycan Kommunist Partiyasının (KP) fövqəladə 33-cü qurultayı keçirilib. Qurultay Azərbaycan KP-nin özünü buraxması haqqında qərar qəbul edib. Partiyanın əmlakı respublika və yerli hakimiyyət orqanlarına verilib. “Avqust qiyamı”nın (19-21 avqust – Moskvada “QKÇP” dövlət çevrilişi cəhdi) iflasından sonra Sovet İttifaqında kommunist hakimiyyətinə faktiki olaraq son qoyulmuşdu. Beləcə, 71 il hakim qüvvə olan Azərbaycan KP də tarixin arxivinə verildi.

Bəs sentyabrın 14-də daha hansı hadisələr baş verib?

1. 1829-cu ilin 14 sentyabr tarixindә  Osmanlı vә  Rusiya İmperiyaları arasında ‘‘Edirnә’’ miqavilәsi imzalanıb.

2. 14 sentyabr 1853-cü ildə Osmanlı  ilə Rusiya arasında Krım müharibəsi başlayıb.

3. 1954-cü ilin bu günündə SSRİ-nin Orenburq vilayətindəki Totskoe poliqonunda bütün qoşun növləri üzrə 45 min hərbçinin qatıldığı hərbi təlimdə 40 kilotonluq atom bombası sınaqdan keçirilib.

4. 1960-cı ilin 14 sentyabr tarixindә İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela Bağdadda Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) təsis edilməsinə dair müqavilə imzalayıb. 

5. 14 sentyabr 1973 – Bakıda Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin (1369-1417) anadan olmasının 600 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilib. Yubileyə dünyanın 30-dək ölkəsindən qonaqlar qatılıb. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə çıxış edib.

6. 14 sentyabr 1979-cu ildə Əfqanıstanda hakimiyyət çevrilişi baş verib. 

7. 1984-cü ilin 14 sentyabrında ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Co Kittinger dünyada ilk dəfə olaraq təkbaşına hava şarı ilə Atlantik okeanı üzərindən keçib.

8. 14 sentyabr 1989-cu ildə Azərbaycan Nazirlər Sovetinin müvafiq qərarı ilə Naxçıvan Dövlət Kukla Teatrı yaradılıb. 2004-cü ildən Məhəmməd Tağı Sidqinin adını daşıyır.

9. 14 sentyabr 1998-ci ildə iyirmi altı illik fasilədən sonra Bakıda Azərbaycan qadınlarının növbəti Qurultayı işə başlayıb. Bu, müstəqilliyin bərpasından sonra Azərbaycan qadınlarının ilk belə forumu idi.

10. 2000–ci ilin bu günündə “Microsoft” şirkəti “Windows Milennium Edition” adlı əməliyyat sistemini istifadəyə verib. Əməliyyat sistemi yeni – ikinci minilliyin şərəfinə belə adlandırılıb.

11. 2009-cu ilin 14 sentyabr tarixindә ‘‘Çirkli Rәqs’’ filmi ilә mәşhurlaşan aktyor Patrik Svayli vәfat edib.

Sentyabrın 14-də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 14 sentyabr 1920-ci ildə Cənubi Azərbaycan Milli Hökumətinin qurucusu Şeyx Məhəmməd Xiyabani Təbrizdə qətlə yetirilib. Xiyabaninin başçılığı ilə Təbriz üsyanı həmin ilin aprelində qələbə çalmış, iyunda Milli Hökumət qurulmuşdu. Sentyabrın 12-də irtica qüvvələrinin Təbrizə hücumu başlamışdı. Xiyabaninin qətli ilə Cənubi Azərbaycan türklərinin istiqlal mübarizəsinin daha bir səhifəsi qapandı.

2. 14 sentyabr 1880-ci ildə yazıçı İbrahim Musabəyov (1880-1942) anadan olub. Yazıçının “Neft və milyonlar səltənətində” povesti əsasında 1916-cı ildə Azərbaycanın ilk tammetrajlı bədii filmi çəkilib. Qazaxıstanın Karaqanda şəhərində sürgündə vəfat edib.

3. 14 sentyabr 1911-ci ildə  şair, dramaturq, ədəbiyyatşünas Müzəffər Nəsirli (1911-1980) anadan olub.

4. 14 sentyabr 1939-cu ildə yazıçı-dramaturq Aslan Qəhrəmanlı (1939 – 19.1.2014) doğulub. Televiziyada ekranlaşdırılmış “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz” pyeslərinin, povest və hekayələrin müəllifidir.

5. 14 sentyabr 1941-ci ildə Əməkdar incəsənət xadimi, kinorejissor Teymur Bəkirzadə (1941 –1996) Bakıda doğulub. “Azərbaycanfilm” kinostudiyasında sənədli və bədii filmlərə (“Rəqiblər”, “Yol əhvalatı”) quruluş verib.

6. 14 sentyabr 1992-ci ildə Xalq şairi Hüseyn Arif (1924 – 1992) vəfat edib. Azərbaycan Aşıqlar Birliyinin sədri olub.

7. 14 sentyabr 1992-ci ildə Əməkdar artist, vokal ifaçısı (bariton) Əli Haqverdiyev (1939 –1992) vəfat edib. Azərbaycan Opera və Balet Teatrının solisti olub, filmlərdə çəkilib.

8. 14 sentyabr 2017-ci ildə Əməkdar incəsənət xadimi, ustad saz ifaçısı, aşıq Ədalət Nəsibov (1939 – 2017) vəfat edib.

9. 14 sentyabr 2021-ci ildə Əməkdar artist, tanınmış müğənni, bəstəkar Yaqub Zurufçu (1956 – 2021) vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin