Bakı metrosunda 6 yeni havalandırma sisteminin tətbiqi başa çatıb.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, havalandırma sistemi qatarların alınması kimi müntəzəm aparılan bir prosesdir.
"Gələcək dövrdə də bu işlər mərhələli şəkildə aparılacaq. Qatarlarda olduğu kimi, əsasən istismar müddətini başa vurmuş ventilyatorlar yenisi ilə əvəzlənir. Yenisi ilə əvəzlənərkən onların işinin 3 dəfə daha güclü olmasına xüsusi diqqət yetirilir. Bu günə qədər olan yeni ventilyatorlar, o cümlədən, köhnə nəsil ventilyatorlar hamısı işlək vəziyyətdədir".
Qurum rəsmisi Bakı Metropolitenində ventilyatorların iş rejiminin də payız -qış mövsümünün tələblərinə uyğun təşkil olunduğunu bildirib.
Günay Şahmar, Səid Qurbanov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:42 / 13.09.2024
Bakı metrosunda 6 yeni havalandırma sistemi QURULUB – RƏSMİ
Hazırda oxunan: Bakı metrosunda 6 yeni havalandırma sistemi QURULUB – RƏSMİ
Hazırda oxunan: Bakı metrosunda 6 yeni havalandırma sistemi QURULUB – RƏSMİ
211293
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.