Məşhur filmlərin rejissoru, “OSCAR” qalibi Frensis Ford Koppola “Variety” jurnalını məhkəməyə verib.
Bizim.Media “People”a istinadən xəbər verir ki, o jurnaldan 15 milyon manat təzminat tələb edib.
Buna səbəb “Variety” jurnalında dərc olunan Kappolanın “Megalopolis” filmində köməkçi qadın aktrisalara qeyri-etik rəftar etməsi ilə bağlı məqalə olub.
Şikayət Kaliforniya məhkəməsinə göndərilib.
85 yaşlı rejissor imicinə zərər vuran məqlənin böthan xarakteri daşıdığını bildirib:
“60 ildən çox olan karyeramda heç nə “Megalopolis”i ekrana gətirmək kimi ağrılı çətin, lakin bədii cəhətdən qalib gələn səyahətə bərabər ola bilməz. Mən çəkilişlər boyu hər kəsə - aktyor və aktrisalara, köməkçilərə, işçilərə hörmətlə yanaşdım və dərin minnətimi nümayiş etdirdim
...Kollektiv səylərimizin yalan və məsuliyyətsiz hesabatlarla ləkələndiyini görmək dağıdıcıdır. Heç bir nəşrə, xüsusən də köhnə sənaye orqanına öz maliyyə mənfəətləri üçün gizli video və adı açıqlanmayan mənbələrdən istifadə etməyə imkan verilməməlidir".
O, əlavə edib ki, əsas məsələ rejissorun və filmin imicinə dəyən ziyanın ödənilməsidir:
“Mətbuatda bununla bağlı məhkəməyə müraciət etmək fikrim olmasa da, mən öz reputasiyamı qətiyyətlə qoruyacağam və onların məsuliyyətə cəlb olunması üçün məhkəmələrə etibar edəcəm”.
Qeyd edək ki, Frensis Ford Koppola “Xaç atası”, “Söhbət” kimi məşhur filmlərin rejissorluğunu edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:16 / 13.09.2024
“Xaç atası”nın rejissoru məşhur jurnalı məhkəməyə verdi – 15 milyon təzminat tələb edir
Hazırda oxunan: “Xaç atası”nın rejissoru məşhur jurnalı məhkəməyə verdi – 15 milyon təzminat tələb edir
Hazırda oxunan: “Xaç atası”nın rejissoru məşhur jurnalı məhkəməyə verdi – 15 milyon təzminat tələb edir
Məşhur filmlərin rejissoru Frensis Ford Koppola, 'Variety' jurnalını məhkəməyə verib və 15 milyon manat təzminat tələb edir. Səbəbi, jurnaldakı məqalədə 'Megalopolis' filminə qeyri-etik rəftar olması ilə bağlıdır.
211275
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.