Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sabahdan “Böyük Qayıdış” proqramı çərçivəsində Bərdə-Xankəndi müntəzəm avtobus reysini istifadəyə verəcək.
Bizim.Media nazirliyə istinadən xəbər verir ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
Gün ərzində 3 dəfə həyata keçiriləcək reys üzrə avtobuslar Bərdə şəhər avtovağzalından saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşəcək. Xankəndi-Bərdə reysi üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib.
Bərdə-Xankəndi reysi və Bərdə-Xocalı aralıq məntəqəsi reysi “biletim.az” portalına inteqrasiya edilib. Bərdə-Xankəndi istiqamətində biletin qiyməti 2,8 manat, Bərdə-Xocalı istiqamətində 2,5 manat təşkil edir.
Biletləri portal üzərindən onlayn qaydada əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin alınması da mütləqdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:25 / 13.09.2024
Xankəndiyə müntəzəm avtobus reysi fəaliyyətə BAŞLAYACAQ – BU TARİXDƏN
Hazırda oxunan: Xankəndiyə müntəzəm avtobus reysi fəaliyyətə BAŞLAYACAQ – BU TARİXDƏN
Hazırda oxunan: Xankəndiyə müntəzəm avtobus reysi fəaliyyətə BAŞLAYACAQ – BU TARİXDƏN
Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə BAŞLAYACAQ - rəqəmsal inkişaf və nəqliyyat infrastrukturu ilə əlaqədar. Ən son xəbərlər Bizim.Media-dan.
211270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.