Bu ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 % artaraq 1 milyon 458,6 min nəfər olub.
Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası vətəndaşlarının 42,2 faizi Türkiyəyə, 20,5 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,4 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər edib.
Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil edib.
Keçən ilin həmin dövrünə nisbətən İrana gedən vətəndaşların sayı 36,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 16,0 faiz, Gürcüstana gedənlərin sayı 14,9 faiz, Türkiyəyə gedənlərin sayı 14,8 faiz artıb.
2024-cü ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,8 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:38 / 13.09.2024
Azərbaycanlıların ən çox səyahət etdiyi ölkələr - ADLAR
Hazırda oxunan: Azərbaycanlıların ən çox səyahət etdiyi ölkələr - ADLAR
Hazırda oxunan: Azərbaycanlıların ən çox səyahət etdiyi ölkələr - ADLAR
Azərbaycanlıların ən çox səyahət etdiyi ölkələr haqqında 2024-cü ilin yanvar-avqust aylarına dair nümayiş etmiş statistik məlumatlar.
211269
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.