Sentyabrın 13-də saat 09:00-dan "Qaz İxrac” İdarəsinə məxsus ölçü qovşağının yenidən qurulması, saat 10:00-dan isə “Yaqublu qol yüksək təzyiqli qaz kəməri”ndə təmir-bərpa işlərinin aparılması və "Şəki-Cəfərabad” ölçü qovşağından qidalanan qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Həmçinin Bakının Qaradağ rayonunun Lökbatan-Qobu yolunun sol tərəfində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Oğuz rayonunun tam olaraq, Şəki və Xaçmaz rayonlarının bir hissəsinin, Qaradağ rayonunun isə Qobu qəsəbəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:37 / 12.09.2024
Sabah Bakı və 3 rayonda qaz OLMAYACAQ
Hazırda oxunan: Sabah Bakı və 3 rayonda qaz OLMAYACAQ
Hazırda oxunan: Sabah Bakı və 3 rayonda qaz OLMAYACAQ
Sabah Bakı və 3 rayonda qaz təchizatının dayandırılacağı və təmir işlərinin aparılacağı haqda məlumat verildi. SOCAR tərəfindən planlaşdırılan qaz təchizatı işləri ilə əlaqədar detallar.
211199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.