Ay tutulmasının bürclərə TƏSİRİ – Yaxşı gedən bir şey qəfil pişləşə BİLƏR

Hazırda oxunan: Ay tutulmasının bürclərə TƏSİRİ – Yaxşı gedən bir şey qəfil pişləşə BİLƏR

Ay tutulmasının bürclərə təsiri ilə əlaqədar məqalə.
211176

2024-cü ilin 2-ci Ay tutulması sentyabrın 18-də baş verəcək. Astroloqlar bildirir ki, Ay tutulmasının bürclərə təsiri qaçılmazdır. Bu Ay tutulması Balıq bürcünə təsadüf edir.

Hansı bürcdə tutulmalar baş verirsə, həmin bürclə bağlı məsələlərdə dəyişiklik olur. Məsələn, yaxşı gedən bir şey birdən pisləşə bilər və pis gedən bir şey birdən yaxşılaşmağa başlaya bilər. Ancaq hər tutulma hamıya eyni şiddətlə təsir etmir. 

Bizim.Media ilin 2-ci Ay tutulmasının bürclərə təsirini sizə təqdim edir. 

QOÇ

Həyatınızda bir dövrün sonuna yaxınlaşırsınız. Taleyüklü sonluğa hazır olmalısınız. Səhv təəssürat yaratmamaq üçün pis həyat tərzinizə və ya davranışınıza yenidən baxmalı ola bilərsiniz. Səndən gizlədilənlərin üzə çıxdığı kimi, sən də daxilindəkiləri gizlədə bilməyəcəksən. Gizli düşmənlərə, xəstəliklərə və qaralama əməliyyatlarına qarşı da ayıq olmalısınız . İş həyatında çox seçici olmaq itkilərə səbəb ola bilər. İşgüzar səbəblərdən xaricə səyahət edə bilərsiniz. İnternet vasitəsilə pul qazanmağa başlaya bilərsiniz.

BUĞA

Böyük gələcək planlarınızdan heç olmasa biri gerçəkləşməyə başlaya bilər. Dostluq münasibətlərinizi sınaqdan keçirə bilərsiniz. Bu, öz inqilabınızı yaratdığınız və azadlığa əhəmiyyət verdiyiniz bir proses ola bilər. İşdə qazancınız arta bilər. Eşq həyatınızdakı mükəmməllikçi gözləntilər uzun müddətdə xəyal qırıqlığına səbəb ola bilər, ona görə də  lazım olan yerdə fədakarlıq etmək sizin üçün daha yaxşı ola bilər. İş həyatınızda böyük risklərdən qaçmalı və gələcəyinizi təmin etməlisiniz.

ƏKİZLƏR 

Həyat yolunuz baxımından əlamətdar bir dövrə qədəm qoyursunuz. Nə olursa olsun, düzgün baxışla hərəkət edib, özünüzü təkmilləşdirsəniz, çox yaxşı yerlərə çata və irəli çəkilə bilərsiniz. Valideynlərinizlə münasibətlərinizdə lazımi empatiya yaratmağa diqqət yetirməlisiniz. Ailəniz sizə potensialınızdan daha çox məsuliyyət verməyə çalışa bilər. 

XƏRÇƏNG 

Külək arxada olmaqla, taleyüklü şəkildə sürətlə irəliləməyə başlaya bilərsiniz. İnandığınız dəyərlərdən əl çəkə bilərsiniz. Xəyal etdiyiniz təhsilə başlaya, ilk dəfə xaricə gedə və hüquq sahəsində uğur qazana bilərsiniz. Özünüzü sizi təkmilləşdirəcək, lakin sizə tanış olmayan bir mühitdə tapa bilərsiniz. Belə bir vəziyyətdə, həyata baxışlarınızda çox fanatik olmaq və xəyallar aləmində dolaşmaq arasında daha yaxşı bir tarazlıq qursanız, potensialınızı daha aydın göstərə bilərsiniz.

ŞİR 

Paylaşılan pul, vergilər, miras və sığorta ilə bağlı müsbət və ya mənfi gözlənilməz inkişaflarla qarşılaşa bilərsiniz. Uzunmüddətli investisiya və ya ortaqlıq ideyasını daha ətraflı qiymətləndirə bilərsiniz. Bu dövrdə maliyyə məsələlərində daha səbirli ola bilərsiniz. Əgər acgözlük etsəniz, bunun əvəzini ağır ödəyə bilərsiniz. Zəhərli əlaqələri və ya davranışları həyatınızdan silməyin vaxtı ola bilər. Əgər uzun müddətdir təxirə saldığınız əməliyyat varsa, onu daha da təxirə salmaq istəməyə bilərsiniz.

QIZ

Münasibətlərinizi ədalətli qiymətləndirməyin və ona uyğun manevr etməyin vaxtı gələ bilər. Ciddi davam edən bir əlaqəniz varsa, bir öhdəlik, nişan və ya evlilik qərarı verə bilərsiniz. Taleyüklü görüşlər və ayrılıqlar ola bilər. Zəhərli, obsesif, tənqidi davranışlarınız varsa, onlardan qurtulmağa çalışmalı ola bilərsiniz, əks halda bəzi insanlara qarşı soyuqlaşa bilərsiniz. Siz həmçinin pis həyat tərzi və sağlamlıq probleminin öhdəsindən gələ bilərsiniz. Yeni üslubunuzla sıçrayış etmək və kiminsə diqqətini cəlb etmək üçün əlverişli zamandır.

TƏRƏZİ 

Çalışqanlığınızla özünüzü sübut etməli olduğunuz, iş həyatınızda təkmilləşməli olduğunuz zamandır. Əgər işsizsinizsə, yeni vəzifəyə təyin oluna bilərsiniz, lakin çətin şəraitdə fədakarlıq etməli ola bilərsiniz. Sağlamlıq problemlərinizin öz-özünə keçəcəyini zənn etməzdən əvvəl, lazımi tədbirləri görüb müayinələrinizi etməniz, qidalanma və yuxu rejiminizə diqqət yetirməniz, məşqləri qaçırmamağınız yaxşı olar. Əks təqdirdə, problem xroniki hala gələ bilər və həyat keyfiyyətinizi aşağı sala bilər. Bu dövrdə ev heyvanlarınızın sağlamlığına da daha çox diqqət yetirməlisiniz.

ƏQRƏB 

Sevdiyiniz insan və ya uşağınızla aranızda problemlər yarana bilər. Eqoist davranışlardan uzaq durmasanız, soyuqluq yarana bilər. Səhvlər varsa, onları düzəltmək, fədakarlıq etmək və məsuliyyət götürmək problemləri böyük ölçüdə həll edə bilər. Partnyorunuz və ya uşağınızla münasibətinizi manipulyasiya etmək istəyən insanlara qapı açmadan lazımi diqqət və qayğı göstərməlisiniz. Bir işə başlamaq və ya mövcud biznesinizi genişləndirməyə başlaya bilərsiniz. Hobbinizi işə çevirə bilərsiniz və ya evlisinizsə, uşaq sahibi olmaq üçün hazırlıqlara başlaya bilərsiniz.

OXATAN 

Ailənizlə münasibətlərinizdə, maliyyə öhdəliklərinizdə və daşınmaz əmlakla bağlı öhdəliklərinizdə təzyiq hiss edə bilərsiniz. Fədakarlıq etməyiniz lazım olub-olmadığını və ya kiminsə istəklərinizə uyğun hərəkət etməli olub-olmadığını diqqətlə ölçə bilərsiniz. Evlilik planları qura bilərsiniz. Şəxsi həyatınıza daha çox diqqət yetirməli ola bilərsiniz. Əgər yaxınlarınızdan gizli düşmənçilik hiss edirsinizsə, maraqlandığınız insanlardan uzaqlaşmaq istəyə bilərsiniz.

OĞLAQ

Ünsiyyət problemləri, fikir ayrılıqları və qərarsızlıq gündəminizdə ola bilər. Bəzi vədlər yerinə yetirilməyə bilər və siz aldatmağa açıq ola bilərsiniz. Sual işarələrini aydınlaşdırmaq üçün açıq söhbətlər aparmalısınız. Diqqətli olmalısınız ki, bacı-qardaşlarınızla aranızdakı fikir ayrılığına səbəb olmasın. Qohumunuzdan dəstək ala bilərsiniz. Avtomobil almaq və ya yeniləmək qərarına gələ bilərsiniz. Etika və əxlaq qaydalarına məhəl qoymadan kommersiya məsələlərində davam etmək lazım gələ bilər. Yol hərəkəti qaydalarına əməl etməli və diqqətli sürməlisiniz, əks halda sizi ağır cəzalar gözləyir.

DOLÇA 

Maliyyə məsələlərində ədalətli davranmalısınız. Əmlak sərmayəsini planlaşdıra bilərsiniz. Hər şeydə özünüzdən şübhələnməyə və özünüzə dəyər problemi yaşamağa meyllisiniz. Gələcəyi düşünərək səbirli olmalı, böhran yaratmaqdan uzaq durmalı, nəyəsə tələsməklə taleyüklü axına mane olmamalısınız.

BALIQLAR 

Tutulmanın parlayanı siz olacaqsınız. Münasibətinizdə, üslubunuzda, sağlamlığınızda və xarici görünüşünüzdə nəzərəçarpacaq dəyişikliklər ola bilər. Hər şeydən əvvəl, doğru insanla lazımi məsafəni saxlamağınız lazım ola bilər. Artıq məsuliyyətlərinizdən qaça bilməyəcəksiniz. Həyatınızda bütün faktlarla qarşılaşa bilərsiniz. Əgər keçmişdə düzgün işlər görmüsünüzsə, bir xəyal gerçəkləşə bilər. Arıqlamaq üçün əlverişli zamandır. Xaricə səyahət etməklə şansınız arta bilər.

Nuray, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin