YENİ LAYİHƏ: Rusiyanın kruiz gəmisi Bakı limanına yan alacaq

Hazırda oxunan: YENİ LAYİHƏ: Rusiyanın kruiz gəmisi Bakı limanına yan alacaq

Rusiyanın kruiz gəmisi Bakı limanına yan alacaq. Bakı limanına planlaşdırılan Karellya kruiz gəmisinin detalları haqqında son xəbərlər. Bakı limanı və Rusiyadan kruiz gəmi səyahəti ətraflı məlumat.
211165

Rusiyanın kruiz sənayesinin lideri və tur operatoru “Vodoxod” MMC-nin sifarişi ilə 2025-2026-cı illərdə istismara veriləcək 00840 nömrəli “Kareliya” layihəli yeni nəsil 3 kruiz gəmisinin gələcəkdə Mahaçqala, Aktau, Türkmənbaşı, Bakı, Ənzəli limanlarına yan alaraq kruiz səfərlərə cəlb edilməsi planlaşdırılır.

Bizim.Media Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyində “Vodoxod” MMC-nin nümayəndə heyəti ilə görüşdə deyilib.

Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndələrinin iştirak etdiyi görüş çərçivəsində gəmilərin Azərbaycana məxsus limanlara giriş-çıxış məsələlərinin sadələşdirilməsi də müzakirə olunub.

Görüş zamanı qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində iki ölkə arasında yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin rolu qeyd edilib. Bildirilib ki, ölkələr arasında əməkdaşlığın güclənməsi ticari-iqtisadi əlaqələrlə yanaşı, dəniz nəqliyyatı sahəsində də ortaq tərəfdaşlığın genişlənməsinə öz müsbət təsirini göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin