Sumqayıtda mənşəyi məlum olmayan ətin satışının qarşısı alınıb - FOTO

Hazırda oxunan: Sumqayıtda mənşəyi məlum olmayan ətin satışının qarşısı alınıb - FOTO

211082

Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Sumqayıt şəhəri, Sumqayıtçay ərazisində fəaliyyət göstərən Əlibəyov Rəşad Şiraslan oğluna məxsus obyektdə yoxlama keçiriblər.

Bu barədə Bizim.Media-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, baxış zamanı mənşəyi məlum olmayan, aşkar korlanma əlamətləri olan 263,6 kiloqram heyvan əti aşkarlanıb. Müayinələrin aparılması məqsədilə ətdən nümunələr götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Araşdırmalar davam etdirilir, faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməkdədir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin