"İş qurmaq" adı ilə bir neçə nəfərin külli miqdarda pulunu mənimsədi

Hazırda oxunan: "İş qurmaq" adı ilə bir neçə nəfərin külli miqdarda pulunu mənimsədi

211058

Bir neçə paytaxt sakinin pulunu "elektron ticarət" adı ilə dələduzluq edərək mənimsəməkdə təqsirləndirilən Kənan Balasənlinin cinayət işinin məhkəmə baxışı keçirilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkmişin ifadəsi dinlənilib.

Kənan Balasənli məhkəmədə ifadəsi zamanı əsas zərərçəkən hesab olunan Elnarə İskəndərovadan elektron ticarət biznesini birlikdə təşkil etmək üçün ümumilikdə 60 min dollar aldığını bildirib. Nəzərdə tutduqları biznes iflasa uğradığı üçün onun Elnarə İskəndərova ilə münasibəti pozulub və o, aldığı pulu da qaytara bilməyib.

Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək digər epizodlara da aydınlıq gətirib:

"Digər zərərçəkən Cavidlə bağlı deyə bilərəm ki, mən onu bir nəfərlə əlaqələndirmişəm, qardaşı Kamran Musayevi işə düzəldirdi, 11 min manat pul vermişdilər. Elçin İbrahimovla bağlı isə 1003 manat ittiham irəli sürülüb, kriptovalyuta işi görmüşük".

Zərərçəkən Elnarə İsgəndərova isə ifadəsində vurğulayıb ki, təqsirləndirilən şəxslə 2022-ci ilin iyun ayında sosial şəbəkədə tanış olub. Onun ifadəsinin yalan olduğunu deyən zərərçəkən ümumilikdə Kənana 100 min dolla verdiyini deyib:
 

"Mənim studiyamı kirayəyə götürmək istəyirdi, mən vergi ödəyicisiyəm, özüm nəqliyyatçıyam. 2022-ci ilin noyabr ayında 41 min dollar məndən aldı, ümumilikdə 100 min dollara kimi pulumu alıb. 2 avtomobilimi, şəxsi avtobusumu, Rusiyada evimi satdım verdim Kənana".


Qeyd edək ki, Kənan Balasənliyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin