İşdən çıxarılan bələdiyyə sədrinə elektron qolbaq taxıldı

Hazırda oxunan: İşdən çıxarılan bələdiyyə sədrinə elektron qolbaq taxıldı

210998

Tovuz rayon Böyük Qışlaq bələdiyyəsinin sabiq sədri Zöhrab Məmmədovun məhkəməsi başa çatıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Z.Məmmədov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.

Ona 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron qolbaq yerləşdirilib. Zöhrab Məmmədovun saat 23:00-dan 07:00-dək yaşadığı yeri və Tovuz rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan edilib. Həmçinin əlavə cəza kimi yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququ 2 il 6 ay müddətə məhdudlaşdırılıb.

Qeyd edək ki, prokurorluğun yaydığı məlumatda Zöhrab Məmmədovun Tovuz rayon Böyük Qışlaq bələdiyyəsinin sədri olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsinə dair rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin