Bildiyimiz kimi, sentyabrın 7-8-də Şamaxıda ənənəvi Üzüm və Şərab Festivalı keçirilib.
Bizim.Media xəbər verir ki, artıq üçüncü dəfə keçirilən bu festival haqqında ispandilli mediada da materiallar dərc olunub. Argentina, Ekvador, Meksika və Kosta – Rika kimi ispandilli ölkələrin mətbu orqanları bu beynəlxalq festival haqqında məqalələr dərc ediblər.
Məqalələrdə qeyd olunub ki, festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixini, bu sahədə görülən işləri geniş ictimaiyyətə çatdırmaq idi. Eyni zamanda, festivalda yerli və xarici istehsalçıların şərab məhsullarının dequstasiyaları təşkil edilib, şərab evlərinin maraqlı hekayələrini izləmək imkanı yaradılıb.
Ölkəmizin ayrı-ayrı bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları çeşidli şərablarını nümayiş etdirib, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə əldə ediblər.
Dərc olunan məqalələrdə o da vurğulanıb ki, tədbirdə müxtəlif ölkələrdən turistlər və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri iştirak ediblər.
Kolumbiya, Çili, Braziliya, Italiya, Moldova, Gürcüstan, və s. ölkələrin səfirləri, müvəqqəti işlər vəkilləri, eyni zamanda xarici media nümayəndələri, dünyada şərabçılığın məşhur olduğu ölkələrin nümayəndələri də festivalda iştirak ediblər.
Hazırda bu gün Azərbaycanda üzümçülük yenidən öz inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafı ilə bağlı mühüm qərarlar, dövlət proqramları qəbul edilib.
İspandilli mediada bu beynəlxalq festival çox böyük marağa səbəb olub. Çünki festivalın məkanı kimi Şamaxının seçilməsi heç də təsadüfi deyil. Şamaxı hələ qədimdən poeziyanın, musiqinin vətəni olmaqla yanaşı, həm də üzümçülüyün inkişaf etdiyi bölgələrimizdən biri, üzüm istehsalının paytaxtı kimi məşhurdur.
Sonda isə məqalələrdə bildirilib ki, Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədilə yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.
İspandilli mediada dərc olunan materiallarla aşağıdakı linklərdə tanış olmaq olar:
Argentina
//realpolitik.com.ar/nota/59809/desde-shamakhi-azerbaiyan-celebro-el-tradicional-festival-de-la-uva-y-el-vino/
//www.tiempoar.com.ar/ta_article/en-azerbaiyan-tambien-alzan-las-copas-un-viaje-al-festival-de-la-uva-y-el-vino-de-shamakhi/
Kosta – Rika
//informativojbs.com/los-dias-7-y-8-de-septiembre-se-celebro-en-shamakhi-el-tradicional-festival-de-la-uva-y-el-vino/
Meksika
//www.mipuntodevista.com.mx/los-dias-7-y-8-de-septiembre-se-celebro-en-shamakhi-el-tradicional-festival-de-la-uva-y-el-vino/
Ekvador
//elvanguardistaonline.com/los-dias-7-y-8-de-septiembre-se-celebro-en-shamakhi-el-tradicional-festival-de-la-uva-y-el-vino/
Bizim.Media