Narinin vəfat edən bacısı da öldürülüb? - Cinayət işi yenidən qaldırıldı

Hazırda oxunan: Narinin vəfat edən bacısı da öldürülüb? - Cinayət işi yenidən qaldırıldı

210984

Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın istintaqı davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə "CNN Türk" yazıb.

Mənbə qeyd edir ki, Narinin daha əvvəl dünyasını dəyişən bacısı Tülin Güran işini araşdıran prokurorlar onun ölümü ilə bağlı işi də yenidən qaldırıblar.

Yataq xəstəsi olduğu deyilən və 2009-cu ildə Diyarbəkir Uşaq Xəstəxanasında tənəffüs çatışmazlığından vəfat edən Tülinin ölümü ilə bağlı da istintaq başladılıb.

Prokurorluq Diyarbəkir Uşaq Xəstəxanasına məktub yazaraq Tülin Güranın ölümü ilə bağlı bütün məlumatları, sənədləri və faylları tələb edib.

Qeyd edək ki, Narin Güranın ailəsində əvvəllər də şübhəli ölümlərin baş verdiyi məlum olub.

Belə ki, Narinin 2011-ci ildə ölən 1988-ci il təvəllüdlü əmisinin də ailədaxili münaqişə zəminində qətlə yetirildiyi bildirilir. İddiaya görə, pambıq tarlasında işləyən əmi ov tüfəngi ilə vurulub, lakin hadisə təsadüfi atəş açılması kimi qələmə verilib.

Həmçinin Narinin böyük bacısının ölüm səbəbi olaraq pilləkənlərdən yıxılması göstərilib və cəsəd yarılmadan dəfn edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin