7 yaşlı qızını dəmir parçası ilə döyən ana nevroloji dispanserə yerləşdirildi

Hazırda oxunan: 7 yaşlı qızını dəmir parçası ilə döyən ana nevroloji dispanserə yerləşdirildi

210954

Yeddi yaşlı qızını kirayədə qaldığı evdə dəmir parçası ilə döyən Qusar rayon sakini Səyyarə Yaqubovanın psixi durumu var. Qadın indiyəcən nevroloji xəstəxanada qeydiyyatda olmayıb.

O, Qubanın Zərdabi qəsəbəsindəki rayonlararası nevroloji dispanserə yerləşdirilib.

Məlumatı Bizim.Media-ya açıqlamasında DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun əməkdaşı Xəyal Talıbov təsdiqləyib.
 

O, faktla bağlı Xaçmaz polis şöbəsində araşdırma getdiyini deyib.


Xəsarət alan 7 yaşlı qız Xaçmaz rayon mərkəzi xəstəxanasında müalicə olunur.

Ailənin digər uşaqları isə atasının himayəsinə verilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin