ADNSU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi İMZALANDI - FOTO

Hazırda oxunan: ADNSU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi İMZALANDI - FOTO

210917

Sentyabrın 10-da “TələbəPlus” layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə Bizim.Media-ya Təhsilin İnkişafı Fondundan məlumat verilib.

ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov yeni tədris ilinə hazırlıqla bağlı məlumat verdikdən sonra fond və universitet arasındakı əməkdaşlıqdan bəhs edib. O, əməkdaşlıq çərçivəsində ADNSU tələbələrinə yeni tələbə kartlarının verilməsinin faydalı olacağını qeyd edib və bildirib ki, universitet digər önəmli layihələrin icrası ilə bağlı da fondla əməkdaşlıqda maraqlıdır.

Tədbirdə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov vurğulayıb ki, layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən faydalanmalarını təmin etmək, eyni zamanda, onların sosial həyatına dəstək göstərmək məqsədi daşıyır.

Fondun İdarə Heyətinin sədri bildirib ki, layihə çərçivəsində ilkin olaraq 150 min tələbə kartı istifadəyə veriləcək. “TələbəPlus” kartının ölkənin ali təhsil müəssisələri ilə yanaşı, gələcəkdə kollec və peşə təhsili müəssisələrində oxuyan tələbələrə də verilməsi planlaşdırılır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin