Əhməd Əhmədovun məhkəməsi yenə TƏXİRƏ SALINDI

Hazırda oxunan: Əhməd Əhmədovun məhkəməsi yenə TƏXİRƏ SALINDI

210860

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb. 

Bizim.Media xəbər verir ki, iclasın təxirə salınmasına səbəb Əhməd Əhmədovun iştirakının təmin edilə bilməməsi olub.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Əhməd Əhmədovun məhkəməsi keçiriləcək


İclas oktyabrın 8-i saat 11.00-da baş tutacaq.

Qeyd edək ki, Əhməd Əhmədovun məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilir.

Xatırladaq ki, Ə.Əhmədovun iyulun 23-də keçirilməsi nəzərdə tutulan məhkəmə iclası da təxirə salınmışdı.

Məlumat üçün bildirək ki, 1999-cu il təvəllüdlü Ə.Əhmədov bu ilin fevral ayının 13-də aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə təqsirli bilinir. 

Hadisədən bir gün sonra Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Ə.Əhmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin